Xəzərdə zəlzələ oldu

Xəzər dənizində 3,0 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Redaktor.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, yeraltı təkanlar Bakı vaxtı ilə 02:03-də qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 63 kilometr olub.