Qazaxıstan təyyarə ilə bağlı yayılan xəbərlərə cavab VERDİ

 12:03 26.12.2024     161

Qazaxıstan Parlamenti Senatının spikeri Maulen Aşimbayev Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin fotolarına əsaslanaraq vaxtından əvvəl nəticə çıxarmamağa çağırıb.

Redaktor.az xəbər verir ki, spiker müəyyən qüvvələrin özlərinə divident qazanmağa çalışdığını bildirib.

"Bunlar fərziyyələr və əsassız bəyanatlardır və bu cür bəyanatları dağıtmaq yanlışdır, qeyri-etikdir və bu, müəyyən insanların bu vəziyyətdə özləri üçün müəyyən dividendlər qazanmaq istədiklərinin göstəricisidir", - o qeyd edib.

Türkan İSGƏNDƏRLİ