Onlar artıq Bakıdadır - FOTOLAR
AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsindən sağ çıxan vətəndaşlarımızdan 7-si FHN-in xüsusi təyyarəsi ilə Bakıya gətirilib.
Redaktor.az xəbər verir ki, vəziyyəti orta-ağır qiymətləndirilən sərnişinlər ayrılmış həkim briqadasının müşayiəti altında az öncə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Onlar təcili tibbi yardım avtomobilləri ilə Yeni Klinikaya aparılıb.
Əməkdaşımız Pərvin Zeynalın lentə aldığı fotoları təqdim edirik: