Qonaq gedən yeniyetmə bədbəxt hadisə nəticəsində ÖLDÜ

 17:20 27.12.2024     288

Cəlilabadda 13 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib.

Kazımabad kənd sakini olan 2011-ci il təvəllüdlü R.C. yaxınlarının evinə qonaq gedib. O, yelləncəkdə oynayarkən ip boğazına dolaşıb və bədbəxt hadisə nəticəsində ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır (APA). 

Vumart və Güvən reklamı Vumart Güvən