Lənkəranda qadın dəm qazından boğularaq ÖLDÜ

 19:50 27.12.2024     208

Lənkəranda qadın dəm qazından boğularaq ölüb.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonunun Səpnəkəran kəndində baş verib.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Xanım Səfər qızı Səfərova hamam otağını qızdırmaq üçün kömürdən istifadə edib. Nəticədə dəm qazından boğulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.