Biləsuvarda əməliyyat: 3 nəfər SAXLANILDI

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Redaktor.az-a verilən məlumata görə, tədbirlərlə Sahib Abbasov, İlqar Şirinov və Nicat Cəfərov saxlanılıblar.
Onlardan ümumilikdə 6 kiloqram marixuana, heroin və metamfetamin aşkar olunub.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.