Biləsuvarda dəhşətli qəza - 3 nəfər öldü - FOTO

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Redaktor.az Report-a istinadla xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda qeydə alınıb.
İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
