Olimpiya Oyunlarının bürünc medalçısı vəfat ETDİ

 19:49 28.12.2024     137

Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış kubalı qılıncoynadan Karlos Alberto Pedroso bədbəxt hadisə nəticəsində vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə Kuba Milli İdman, Bədən Tərbiyəsi və İstirahət İnstitutunun mətbuat xidməti məlumat yayıb.

57 yaşlı idmançı məişət qəzasındakı yanıq xəsarətlərindən dünyasını dəyişib.

Qeyd edək ki, Karlos Alberto Pedroso 2000-ci il Olimpiadasında şpaqa üzrə komanda yarışlarında bürünc medal qazanıb.