Xəzər dənizində iki dəfə zəlzələ OLDU
Yerli vaxtla saat 6:40 və 6:46-da Xəzər dənizində 3 maqnitudalı zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, bu, dekabr ayında dənizdə qeydə alınan 7-ci təbiət hadisəsidir. Belə ki, dekabrın 18-də, 25-də, 26-da (iki dəfə) və 29-da da Xəzərdə zəlzələlər qeydə alınıb.