DİN qanunsuz saxlanılan silah və sursatları AŞKARLAYIB
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah və sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
DİN-dən Redaktor.az-a verilən məlumata görə, dekabrın 30-da polis əməkdaşları paytaxt və respublikanın müxtəlif rayonlarında aparılan əməliyyatlar nəticəsində 3 avtomat silahı, 1 tapança, 1 qumbara, 15 tüfəng, 2 patron darağı və 494 ədəd müxtəlif çaplı patronu aşkar edərək götürüblər.