Cəlilabadda gənclər arasında münaqişə - 2 nəfər bıçaqlandı - YENİLƏNİB

 18:39 31.12.2024     459

Cəlilabadda iki gəncə bıçaqla xəsarət yetirməkdə şübhəli sayılan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev bildirib ki, əməli törətməkdə şübhəli bilinən 27 yaşlı E. Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

***

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, Cəlilabad rayonunun Hamarqışlaq kəndində gənclər arasında mübahisə yaranıb.

Münaqişə zamanı tərəflər kəsici-deşici alətə əl atıblar. Hadisə nəticəsində iki nəfər - 2002-ci il təvəllüdlü Rəhim Rövşən oğlu Qiyasov (döş boşluğunun sağ yarısının, döş boşluğunun sağ qəfəsinin ön səthinin kəsilmiş yarası) və 2004-cü il təvəllüdlü Elmir Namiq oğlu Teymurov (qarın divarının ön hissəsində kəsilmiş yarası) xəsarətlər alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.