Azyaşlının əlində pirotexniki vasitə partladı - Ağır YARALANDI

Cəlilabad rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, rayon sakini, 7 yaşlı Ş.A. pirotexniki vasitənin partlaması nəticəsində müxtəlif yanıq xəsarətləri alıb.
Azyaşlı rayon xəstəxanasına yerləşdirilib. Ona üzün və tənəffüs yollarının 2 və 3-cü dərəcəli yanığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.