Bayram gecəsi faciəvi şəkildə ÖLDÜ

Bayram gecəsi yolun kənarında dayanan piyada canından olub.
Redaktor.az xəbər verir ki, hadisə Tovuz rayonunun Əlimərdanlı kəndində qeydə alınıb.
Belə ki, magistral yolda hərəkət edən “BMW” və "VAZ-2107" markalı avtomobillər toqquşub.
Zərbənin təsirindən aşan “BMW” yolun kənarında dayanan 69 yaşlı Həmid Tağıyevi vurub.
Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb. Toqquşan avtomobillərdə olan 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.