Zaqatalada itləri kim kütləvi şəkildə güllələyir? - VİDEO

Zaqatala şəhəri, Danaçı massivində, zibillik ərazidə itlər kütləvi şəkildə güllələnib.
Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı görüntülər yayılıb.
Zaqatala rayon İcra Hakimiyyətindən bildirilib ki, itlərin güllələnməsi ilə bağlı məsələ araşdırılacaq: “Hazırda itlərlə bağlı çox sayda şikayət var. Onların sayı birdən-birə artıb. Hamısı da böyük itlərdir. İnsanlar çölə çıxanda, uşaqlar dərsə gedəndə qorxurlar. Kimsə itləri bu səbəbdən güllələmiş və ya zəhərləmiş ola bilər. Məsələ araşdırılacaq”.
Qeyd olunub ki, Zaqatala RİH-də baytarlıq tədbirləri görülür: “İtlərin saxlanması üçün şəhər ərazisində xüsusi yerlər var. Burada itlər müəyyən müddət saxlanılır, müalicələri edilir. Həmin yerdə təxminən 200-ə yaxın it var. İtlərin güllələnməməsi ilə bağlı maarifləndirmə tədbirləri görülür”.