Gəncədə yol qəzası oldu, ölən var
![](https://img.redaktor.az/news/2025/01/photo_265738.jpg)
Gəncədə ölümlə nəticələnən ağır avtomobil qəzası olub.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin çıxışında qeydə alınıb.
Belə ki, "Opel" markalı avtomobil metal arakəsməyə çırpılıb.
Qəza nəticəsində 1 nəfər aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onun şəxsiyyəti araşdırılır.
Faktla bağlı araşdırma aparılır.