Antalyada zəlzələ OLDU

Türkiyənin Antalya şəhərində 4,5 bal gücündə zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin ocağı 7 kilometr dərinlikdə olub.
AFAD-dan verilən açıqlamada bildirilib ki, dağıntı qeydə alınmayıb.