Sumqayıtda dəmir parçasıyla döyülən qadın ÖLDÜ

Sumqayıtda qonşular arasında mübahisə zamanı dəmir parçasıyla döyülən qadın ölüb.
Redaktor.az xəbər verir ki, hadisə 5 yanvar tarixində şəhərin Xəzər bağlarında qeydə alınıb.
1983-cü il təvəllüdlü Mikayıl Nurəddin oğlu Şərifov münaqişə zəminində qonşusu,1958-ci il təvəllüdlü Mehparə İmanqulu qızı Ələkbərovaya dəmir parçası ilə xəsarət yetirib.
Qapalı kəllə-beyin travması diaqnozu ilə reanimasiya şöbəsində müalicə alan Mehparə Ələkbərova bu gün xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.