Qubada 3 nəfəri it DİŞLƏDİ
Ötən gün Qubada 3 nəfəri it dişləyib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Redaktor.az-a bildirilib ki, yanvarın 7-si müxtəlif saatlarda Quba rayonu ərazisində baş verən it dişləməsi səbəbilə 3 nəfər xəsarət alıb.
Rəsmi məlumata görə, xəsarət alan 3 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“2018-ci il təvəllüdlü oğlana sol yanağın və gicgah çənə nahiyəsinin çoxsaylı cırılmış açıq yarası, 1960-ci il təvəllüdlü qadına burunun kəsilmiş, cırılmış açıq yarası, sağ saidin didilmiş, sıyrılmış yarası, 1959-cu il təvəllüdlü qadına isə sağ əlin 3 və 4-cü barmaqlarının kəsilmiş, cırılmış yarası, sağ saidin arxa səthinin kəsilmiş açıq yarası diaqnozu təyin olunub.
Zərərçəkmişlərə ilkin zəruri tibbi yardım göstərildikdən və quduzluq əleyhinə vaksin vurulduqdan sonra onlardan iki nəfər - 1960-cı il və 2018-ci il təvəllüdlü pasiyentlər həmin gün Bakı şəhərində yerləşən Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar.
1959-cu il təvəllüdlü şəxs isə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb”.