Bakıda vəzifəli şəxsi maşın vurub ÖLDÜRDÜ - FOTO
Abşeron rayonun Xırdalan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, ötən gün axşam saatlarında 49 yaşlı Məmişov Ceyhun Vaqif oğlunu maşın vurub.
O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Əldə etdiyimiz məlumata görə, əslən Kəlbəcər rayonundan olan Ceyhun Məmişov İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşı olub. O, Xidmətin Bağlar Sukanal İdarəsində şöbə rəisi vəzifəsində çalışırdı (modern.az).