Qızdırma ilə xəstəxanaya gətirilən azyaşlı ÖLDÜ

 21:51 08.01.2025     164

Zaqatala Xəstəxanasında azyaşlı ölümü qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, bu gün səhər saatlarında rayonun Danaçı kənd sakini, 2022-ci il təvəllüdlü Maxac İsmayıl oğlu Katmayev valideynlərinin köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə gətirilib.

Həkimlər müayinə zamanı azyaşlıda qızdırma, virus infeksiyası və pnevmoniya əlamətləri olduğu müəyyənləşib və uşaq təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb.

Aparılan müdaxilələrə baxmayaraq, axşam saat 19 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.

//Qafqazinfo