Vəkil məhkəmə zalında həbs EDİLDİ

 13:08 09.01.2025     269

“Kamandar Nəsibov və partnyorları” vəkil bürosunda işləmiş Babək Rzayevlə bağlı məhkəmə araşdırması sona çatıb.

Redaktor.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.

Vəkil müştərilərindən müqavilədənkənar pul alaraq onlara vəzifəli şəxslər vasitəsilə məhkəmə işlərində kömək edəcəyini vəd verməkdə ittiham edilib.

B.Rzayev əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib, sonradan ev dustaqlığına buraxılıb. Onun vəkillik fəaliyyətinə də xitam verilib.

Məhkəmənin yekun hökmü ilə isə Babək Rzayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalındaca qandallanaraq həbsə göndərilib.