Ermənistanda həbsxanada məhbus asılmış vəziyyətdə aşkarlandı

Ermənistanın Artik həbsxanasında məhkum asılmış vəziyyətdə aşkarlanıb.
Resaktor.az xəbər verir ki, penitensiar qurumun məlumatına görə, 1997-ci il təvəllüdlü A. X.-nin meyiti bu gün saat 02:10-da aşkar edilib. Hadisə yerinə gələn təcili yardım briqadası onun ölümünü qeydə alıb.
Digər təfərrüatlar açıqlanmır.