Bakıda küçənin ortasında əlbəyaxa dava: araşdırma aparılır - VİDEO

 11:30 11.01.2025     299

Bakıdakı küçələrin birində dava baş verib.

Redaktor.az xəbər verir ki, görüntülər sosial şəbəkədə paylaşılıb.

Məlumata görə, Əhmədli qəsəbəsində bir neçə nəfərin iştirakı ilə əlbəyaxa dava olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məsələyə münasibət bildirib. "Görüntülərdən məlumatlıyıq. İnsidentdə iştirak edən şəxslərin müəyyən edilməsi istiqamətində hazırda araşdırma aparılır", - o qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən