"Vasmoy" bazarında qadın ÖLDÜ

Bakıda bazarda ölüm hadisəsi olub.
Redaktor.az lent.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonu ərazisində yerləşən "8-ci kilometr" bazarında qeydə alınıb.
Buraya alış-verişə gələn 65 yaşlı Əliyeva Nazilə Bərxudar qızı qəfil dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü ehtimal edilir.
Araşdırma aparılır.