Ermənistanda 27 avtomobilin iştirakı ilə yol qəzası baş VERDİ

Ermənistanda zəncirvari yol qəzası baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə fotojurnalist Qaqik Şamşyan bildirib.
Qeyd olunub ki, hadisə İrəvan-Gümrü magistral yolunda baş verib.
Belə ki, 27 avtomobilin toqquşması nəticəsində tıxac yaranıb.
Yaralı və ölənlər barədə məlumat yoxdur.