Sumqayıtda avtomobildə yanaraq ölən şəxsin kimliyi MƏLUM OLDU

Sumqayıtda səhər saatlarında avtomobildə müəmmalı şəratdə yanaraq ölən şəxsin kimliyi məlum olub.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, ”Kia” markalı avtomobildə ölən şəxs 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənlidir.
Qeyd edək ki, səhər saatlarında şəhərin Kimyaçılar qəsəbəsində “Kia” markalı, 50 CT-685 dövlət qeydiyyat nişanlı avtomobil və onun içərisində olan 1 nəfər yanaraq külə dönüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.