Neftçalada yol qəzası oldu, ölən var

Neftçalada baş verən yol qəzasında bir nəfər ölüb.
Redaktor.az xəbər verir ki, hadisə axşam saatlarında Həsənabad qəsəbəsində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1968-ci il təvəllüdlü Həsənov Sərvər Gülbala oğlu ölüb.
Faktla bağlı araşdırma aparılır.