Bir ailənin 5 üzvü dəm qazından ZƏHƏRLƏNDİ

Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
Redaktor.az xəbər verir ki, hadisə şəhərin 18-ci məhəlləsində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü İlqar Adil oğlu Süleymanov, həyat yoldaşı 1986-cı il təvəllüdlü Könül Zakir qızı Süleymanova, övladları; 2006-cı il təvəllüdlü Yetər İlqar qızı Süleymanova, 2007-ci il təvəllüdlü Turanə İlqar qızı Süleymanova və 2008-ci il təvəllüdlü Ülvi İlqar oğlu Süleymanov yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.