BDU-nun prorektoru vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin sabiq prorektoru polkovnik Rövşən Abdullayev 55 yaşında vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə APA-ya BDU-nun dosenti Fikrət Şiriyev məlumat verib.
O bildirib ki, mərhumun cənazəsi sabah 14:00-da Qələbə dairəsinin yaxınlığında yerləşən mənzilindən götürüləcək.
Qeyd edək ki, Rövşən Müslüm oğlu Abdullayev 1969-cu il sentyabrın 18-də Bakıda anadan olub. BDU-nun Şərqşünaslıq fakültəsini bitirdikdən sonra Milli Təhlükəsizlik orqanlarında xidmət göstərib, polkovnik rütbəsinə layiq görülüb. O, 2005–2014-ci illərə BDU-nun Ümumi işlər üzrə rektor köməkçisi vəzifəsində çalışıb.
