Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi - YENİLƏNİB

Dünən Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 2 kişi, 1 qadın olmaqla, 3 nəfər hospitalizasiya olunub.
Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Bildirilib ki, dəm qazının toksiki təsiri diaqnozu ilə sözügedən şəxslərə zəruri tibbi yardımlar göstərilib.
Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
09:50
***
Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Qaraqoyunlu kəndində baş verib.
Hadisə nəticəsində 2014 ci il təvəllüdlü Dəniz Hacızadə, 2018-ci il təvəllüdlü Yusif Hacızadə və 2013 - ci il təvəllüdlü Xəqani Hacızadə dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir (APA).