Şəmkirdə oğurluqda şübhəli bilinən 3 nəfər SAXLANILDI

 19:02 16.01.2025     334

Şəmkirdə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon sakinlərinə məxsus, dəyəri 2 000 manatdan çox olan 6 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 37 yaşlı E.Tağıyev, 58 yaşlı D.Məmmədov, 39 yaşlı Z.Abdullayev və 36 yaşlı T.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən