Bakıda gənc oğlan BIÇAQLANDI

Bakının Sabunçu rayonunda küçədə dava zamanı bir nəfər bıçaqlanıb.
Redaktor.az xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında baş verib.
Belə ki, 2003-cü il təvəllüdlü Sadıqlı Məmməd Müşviq oğlu küçədə naməlum şəxslə dava edib. Dava zamanı o qarın nahiyyəsindən bıçaqlanıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.