İmişlidə saxlanılan şəxslər vəkillə təmin OLUNDU

İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib.
DİN-in Mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, başlanmış cinayət işi ilə əlaqədar istintaq olunan şəxslər vəkillə təmin olunub.
İstintaqın obyektiv aparılması üçün qanunamüvafiq tədbirlər görülür.