İmişlidə mikroavtobus piyadanı vurub ÖLDÜRDÜ

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə İmişli-Biləsuvar magistralının rayonun Çaxırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes Vito” markalı mikroavtobus yolu keçən Çaxırlı kənd sakini, 1936-cı il təvəllüdlü Aslanov Həsən Həsən oğlunu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır (APA).