Tanınmış plastik cərrahın qətlinin detalları: Əri xadimə ilə xəyanət EDİB

 09:56 21.01.2025     171

Plastik cərrah Türkan Gündüz 2023-cü ilin mayın 7-də 1967-ci il təvəllüdlü həyat yoldaşı Muhammet Gündüz tərəfindən qətlə yetirilib.

Redaktor.az xəbər verir ki, teleqraf.com Muhammet Gündüzün cinayət işinin detallarını və ifadəsini əldə edib.

Əldə etdiyimiz istintaq sənədlərinə görə, Muhammet 2002-2015-ci illərdə qeyri-rəsmi, 2015-ci ildən isə rəsmi nikah münasibətlərində olmaqla birlikdə yaşadığı Türkanın 2018-ci ildən etibarən plastik-cərrah kimi işləyərək pul qazanmasından sonra dəfələrlə evə gec gəlməsinə, ona kobud cavab qaytarmasına, spirtli içki qəbul etməsinə, telefon zənglərinə cavab verməməsinə, onunla birlikdə Azərbaycandan kənarda, Türkiyədə yaşamaqdan imtina etməsinə, hətta kişilik hissinə toxunaraq dərman vasitəsilə cinsi əlaqədə olmasını deməsinə görə bir ər kimi ona hörmət etməməsi qənaətinə gəlib.

Davamlı mübahisələr ər-arvad kimi onların münasibətlərində soyuqluq yaradıb. 7 may 2023-cü ildə gecəyarısı Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evində Türkan söhbət əsnasında kobudluqla onunla birlikdə yaşamaqdan imtina etdiyini deyib. Bu səbəbdən Muhammet Gündüz Türkana bıçaqla çoxsaylı zərbələr vurub.

Ümumilikdə 7 bıçaq xəsarəti alan qadın vəfat edib.