Bakıda məşhur iş adamı həbs olundu - Xəzinadarı 20 min manatını oğurlamışdı

 15:45 21.01.2025     189

Bir nəfərin adına 40 şirkət açaraq dövlət büdcəsindən 10 milyon manata yaxın vəsaiti yayındırmaqda ittiham olunan sahibkar həbs edilib. 

Redaktor.az-ın "Qaynarinfo"ya istinadla məlumata görə, sahibkar Bahəddin Qarakedəyev mütəşəkkil dəstəyə rəhbərlik etməklə milyonlarla manatı vergidən yayındırmaqda ittiham edilib. 

Onlar dəstənin bir üzvünün adına 40-a yaxın şirkət açdırmaqla 9121670,62 manat məbləğində verginin dövlət büdcəsinə ödənilməsindən yayındırıblar. 

Bahəddin Qarakedəyev və dəstənin digər üzvlərinə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi açılıb və onlar həbs ediliblər. 

Qeyd edək ki, 2012-ci ilin yanvar ayında Bahəddin Qarakedəyev rəhbəri olduğu «ARTS» tikinti materialları alqı-satqı şirkətinin xəzinədarı Mərdan Xankişiyev içərisində 20 min manat olan əl çantasını onun əlindən alaraq qaçması ilə gündəmə gəlmişdi. Hadisəni törətdikdən bir gün sonra Mərdan Xankişiyev həbs edilmişdi.