Sabunçuda kafedə yanğın OLDU

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 70 m² olan birmərtəbəli kafenin dam örtüyünün taxta atmaları və lambirdən ibarət tavanı 60 m² sahədə yanıb.
Kafenin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.