Rövşən Əsgərov Rusiyada terrorçular siyahısına daxil EDİLDİ

 04:30 23.01.2025     110

“Rosfinmonitorinq” “Nə? Harada? Nə vaxt?” yarışmasının azərbaycanlı oyunçusu Rövşən Əsgərov terrorçular və ekstremistlər siyahısına əlavə edib.

Redaktor.az xəbər verir ki, bu barədə idarənin saytında məlumat dərc edilib.

Xatırladaq ki, Rusiyanın Ədliyyə Nazirliyi Əsgərovu 2022-ci ilin dekabrında xarici agentlər siyahısına daxil edib. R.Əsgərov Rusiyada federal axtarışdadır.

2022-ci ilin aprelində İstintaq Komitəsi ona qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açıb. Buna səbəb keçmiş ekspertin sosial şəbəkələrdə rus komandiri, Sovet İttifaqının marşalı Georgi Jukovun “xatirəsini təhqir edən və ləkələyən yalan məlumat” dərc etməsi olub.