Mark Libbidən Amerikaya getmək üçün xahiş etmək istəyən şəxs həbs EDİLDİ

 14:25 23.01.2025     182

Səlahiyyət müddəti başa çatmış ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi ilə görüşmək istəyən şəxs həbs edilib. 

Redaktor.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1980-cı il təvəllüdlü Lənkəran rayon sakini K.H. icazəsi olmadan ABŞ-ın Azərbaycandakı səfirliyinin həyətinə daxil olmağa cəhd edib. 

Polis əməkdaşları K.H.-ya yaxınlaşıb və ondan səfirliyin ərazisindən çıxmağı tələb ediblər. Lakin K.H. buna əməl etməyib və bu addımı saxlanılmasına səbəb olub. 

Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

K.H. məhkəmədə ifadəsində bildirib ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin həyətinə daxil olmağa cəhd etməsinin səbəbi Amerikaya getmək istəyi olub: "Səfirə mənə Amerikaya getməyə kömək etməyimi istəyəcəkdim”. 

Məhkəmənin qərarı ilə, K.H 15 gün müddətinə inzibati qaydada həbs edilib.