Bakı-Sumqayıt yolunda avtomobil aşdı - FOTO

Binəqədi rayonu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, Bakı-Sumqayıt yolunda minik avtomobilləri toqquşub. Nəticədə maşınlardan biri aşıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, baş vermiş qəza səbəbindən "Xırdalan” dairəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb: "Yol polisi əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür”.