Qadınları şantaj edən şəxsə hökm OXUNDU
Qadınları şantaj edərək pul almaqda təqsirləndirilən Daşqın Gəncəliyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Redaktor.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, iş üzrə 3 qadın zərərçəkmiş qismində tanınıb. Daşqın Gəncəliyev masaj salonunda işləyən qadınları şantaj etməkdə ittiham edilir. O, zərərçəkmişlərə ümumilikdə 3 min manatdan çox maddi ziyan vurmaqda təqsirləndirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.