Goranboyda kişi canına qıydı

Goranboy rayonunda intihar hadisəsi qeydə alınıb.
Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Məhəmməd Yusifov özünü asaraq intihar edib.
Yaxınları onun cansız bədənini həyətdə asılı vəziyyətdə tapıblar.
Canına qıyan şəxs rayonun Qarasüleymanlı kəndində meyvə-tərəvəz satışı ilə məşğul olub.
Faktla bağlı araşdırma aparılır.