Bakıda övladını məktəbə gətirən valideyni avtobus vurub - FOTO
Bakının Nəsimi rayonunda yol qəzası zamanı qadın ağır xəsarət alıb.
Redaktor.az xəbər verir ki, hadisə 111 saylı məktəbin qarşısında qeydə alınıb.
20 Yanvar küçəsində piyada keçidindən keçərək övladını məktəbə gətirən Nuranə Hacıyevanı 525 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.
Yaralı ağır kəllə-beyin travması alaraq Kliniki Tibbi Mərkəzinə reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, N.Hacıyevanın vəziyyəti stabil ağırdır.
Hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır (APA).