Şəmkirdə ağır qəza - 5 nəfər öldü - Yenilənib
Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Niva” ilə “VAZ 2106” markalı minik maşınları toqquşub.
Qəza zamanı 5 nəfər ölüb.
***
Məlumata görə, “VAZ 2106” markalı maşının sürücüsü X.Əliyev, onun sərnişini 1997-ci il təvəllüdlü R.Allahverdiyev, “NİVA”nın sürücüsü Z.Cabbarov, sərnişini 1972-ci il təvəllüdlü E.Xudaverdiyev və daha bir nəfər 35-40 yaşlı kişi hadisə yerində ölüb.
1996-cı il təvəllülü E.Orucov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
***
Yanvarın 24-ü saat 23 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qəza baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
Araşdırma nəticəsində iki avtomobilin toqquşduğu müəyyənləşib.
Belə ki, Şəmkir rayon sakini, 26 yaşlı Xətai Əliyev Qazax rayonu istiqamətində hərəkətdə olarkən əks ihərəkətə daxil olub qarşıdan gələn, Şəmkir rayon sakini 41 yaşlı Zaur Cabbarovun idarə etdiyi “Niva” markalı avtomobillə toqquşub.
Nəticədə “VAZ 2106”nın sürücü və həmin avtomobildə olan sərnişinlər - Şəmkir rayon sakini 28 yaşlı Röyal Allahverdiyev, həmçinin “Niva” markalı avtomobilin sürücüsü və həmin avtomobilin sərnişini Şəmkir rayon sakini 53 yaşlı Elşən Xudaverdiyev və hələlik kimliyi istintaqa məlum olmayan daha bir nəfər ölüb.
“VAZ2106”da olan digər sərnişin 1996-cı il təvəllüdlü Elçin Orucov isə xəstəxanaya yerləşdirlib.
Faktla bağlı araşdırmalar davam etdirilir.