Bakıda qəza: işıqfor yararsız vəziyyətə düşdü - VİDEO

Bakıda yol qəzası olub, işıqfor yararsız vəziyyətə düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yol-nəqliyyat hadisəsi paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti, “Asiman” şadlıq sarayının qarşısında baş verib.
Qəza zamanı yeni quraşdırılmış işıqfor yararsız vəziyyətə düşüb.
NİİM-in əməkdaşları hadisə yerindədir və yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün qısa zamanda yeni işıqforun quraşdırılması işlərinə başlanılacaq.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı Paytaxtın Xətai rayonu, 8 Noyabr...
Posted by Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi on Saturday, January 25, 2025