Zaqatalada ehtiyatsızlıqdan ölən şəxsin meyiti dağlıq ərazidən ENDİRİLDİ

 16:42 25.01.2025     266

Zaqatalada ehtiyatsızlıqdan ölən şəxsin meyiti dağlıq ərazidən endirilib.

Redaktor.az xəbər verir ki, rayonun Axaxdərə kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Məmmədovun dağlıq ərazidə qalan meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 32 yaşlı H. Məmmədov dağlıq ərazidə yıxılıb və ehtiyatsızlıqdan üzərində daşıdığı ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölüb.

Xatırladaq ki, o, Vətən Müharibəsi qazisi olub, 2 övladı var.