Xaçmazda gənc dostu tərəfindən bıçaqlandı

Xaçmazda bıçaqlanma hadisəsi olub.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, rayonun Xaspolad-oba kəndində 2003-cü il təvəllüdlü Ramin Ədilov bıçaq xəsarəti alıb.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
R.Ədilov bildirib ki, onu Seyidbaba adlı dostu bıçaqlayıb. Faktla bağlı araşdırmalara başlanılıb.