Körpə doğuş vaxtı ÖLDÜ

İsmayıllıda körpə doğuş zamanı ölüb.
Redaktor.az xəbər verir ki, hadisə yanvarın 23-də saat 09 radələrində baş verib.
Belə ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında 1996-cı il təvəllüdlü Narxanım Həkimovanın körpəsi doğuş zamanı vəfat edib.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.