"Azneft" dairəsində yanğın oldu, tıxac yarandı

 20:05 27.01.2025     356

Səbail rayonu, Neftçilər prospekti, "Azneft" dairəsində avtomobillərdən birində yanğın baş verib. Ərazidə olan yol polisi əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb.

Redaktor.az xəbər verir ki, hazırda bu səbəbdən Yusif Səfərov küçəsi istiqamətində nəqliyyat sıxlığı müşahidə edilir. Sıxlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

2
Vumart və Güvən reklamı Vumart Güvən