Ağdaşda körpə bədbəxt hadisə nəticəsində ÖLDÜ

 09:15 28.01.2025     357

Ağdaşda 2 yaşlı uşaq nəfəs borusuna badam qırığı getməsi səbəbindən ölüb.

Redaktor.az "Report"istinadla xəbər verir ki, 2023-cü il təvəllüdlü Kamran İsayev nəfəs borusuna badam qırığı getməsi səbəbindən Ağdaş Rayon Xəstəxanasına gətirilib.

Həkimlərin səyinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən